“Azəryol” çempionluğa doğru inamla irəliləyir

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəninqızğın çağıdır. Yarışın 14-cü turunda diqqətlər əsasən “Azəryol” – “Qarabağ” matçına yönəlmişdi. Liderlə 4 xallıq fərqi azaltmaqniyyətində olan “Qarabağ” meydançaya qələbə əzmi ilə çıxsa da, istəyi ilə imkanları üst-üstə düşməyib. Daha yaxşı oyun nümayişetdirən “Azəryol” rəqibi üzərində inamlı qələbə qazanıb – 33:23.

Günün ikici oyunu da gərgin mübarizə şəraitində keçib. Autsayder“Idman Akademiyası” komandası bu dəfə “Azərsu” ilə oyundaazarkeşlərini sevindirmək əzmində idi. Rəqibin ciddimüqavimətinə rəğmən, “Azərsu” oyunu qələbə ilə bitirməyibacarıb – 32:29.

14 oyundan 26 xal toplayan “Azəryol”un liderliyi davam edir. Onunən yaxın izləyicisi “Qarabağ” artıq 6 xal geridədir. 3-cü pillədəqərarlaşan “Azərsu”nun aktivində 10 xal var. Hələ də xal qazanabilməyən “İdman Akademiyası” çempionatın aşkar autsayderidir.

Martın 18-nə təyin olunan 15-ci turun oyunlarında “Qarabağ” – “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzəgələcək.