AHF-nin vitse-prezidenti Avropa Həndbol Federasiyasının tədbirində iştirak edəcək

Sentyabrın 17-20-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının 12-ci konfransı keçiriləcək.
Konfransın gündəliyində duran əsas məsələlərdən biri həndbol yarışlarının indiki şəraitdə keçirilməsidir. Bundan başqa beynəlxalq yarışlarının təqviminin müzakirəsi, eyni zamanda çimərlik həndbolunun gələcək inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.
Ölkəmizi konfransda AHF-nin vitse prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi təmsil edəcək.