Qadınlardan ibarət “Azərsu” və “Azəryol” komandaları Avropa miqyaslı yarışlara və 26-cı Azərbaycan çempionatına hazırlığa başlayıblar. Hər iki komanda, avqustun 1-də bu məqsədlə Mingəçevirə yollanıb. “Kür” Olimpiya İdman Mərkəzində keçiriləcək təlim-məşq toplanışı 12 günü əhatə edəcək.
Azərbaycanın Avrokuboklardakı digər təmsilçisi – kişi həndbolçulardan ibarət “Bakı” komandasının üzvləri də artıq bir araya gəliblər. Mövsümlərarası fasiləyə son qoyan paytaxt klubu, həm qitə miqyaslı yarışa, həm də növbəti ölkə çempionatına hazırlığa start verib.