Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura yekun vurulub. Son oyun günündə keçirilən görüşlər favoritlərin asan qələbəsi ilə nəticələnib. “Azərsu” “Gənclər Birliyi”ni 41:16, “Azəryol” isə, “İdman Akademiyası”nı 36:18 hesabı ilə məğlub edib.

Xatırladaq ki, tura Mingəçevirdə start verilmişdi. “Kür” Olimpiya İdman Mərkəzində keçirilən açılış matçında yerli  “Nur” “Qarabağ”ı gərgin mübarizənin yekununda 31:30 hesabı ilə üstələmişdi.