Heydər Əliyev Mərkəzinin parkında həndbolsevərlər üçün maraqlı tədbir təşkil olunacaq. Avqustun 12-də saat 18:00-da başlanacaq həndbol dərslərini, kişi həndbolçulardan ibarət milli komandanın baş məşqçisi Hikmət Abdullayev aparacaq.

Təlimə qatılmaq istəyənlərdən yalnız idman geyimində olmaları tələb edilir. Ödənişsiz dərslərdə 6 yaşdan yuxarı həndbol həvəskarları iştirak edə bilərlər.