“Azəryol” yoxlama oyununda “Karpati”yə qalib gəlib

Qadın həndbolçulardan ibarət “Azəryol” komandası təlim-məşq toplanışlarını davam etdirir.

Həndbolçularımız hazırlığın ilk günü Ukraynanın “Karpati” komandası ilə yoxlama matçında qüvvələrini sınayıblar.

Ujqorod şəhərində keçirilən görüş “Azəryol”un 38:26 hesablı qələbəsi ilə yekunlaşıb.