Qadın həndbolçuların Azərbaycan çempionatına yekun vurulub. 20-ci turun son oyun günündə “Azərsu” “İdman Akademiyası”na 45-24, “Qarabağ” isə  “Gənclər Birliyi”nə 37-23 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, turun açılış matçında Mingəçevirin “Nur” komandası  27-24 hesablı qələbə ilə “Azəryol”un çempionluq imkanlarının üstündən xətt çəkmişdi.

Beləliklə, qadın həndbolçuların növbəti Azərbaycan çempionatı  aktivinə 31 xal yazdıran “Azərsu”nun qələbəsi ilə başa çatıb.

Liderdən 3 xal geri qalan “Azəryol” çempionatın gümüş medallarına layiq görülüb. “Nur” 27 xalla yarışı üçüncü pillədə bitirib. 4-cü yerdəki  “Qarabağ” üçün  bu mövsüm topladığı 25 xalla yadda qalacaq. Autsayderlər “Gənclər Birliyi” və “İdman Akademiyası” isə hərəyə cəmi 4 xalla çempionatı son pillələrdə başa vurub.

Leave a Reply